Hörmüz boğazında neft tankeri vuruldu

Bu gün, 12:51           
Hörmüz boğazında neft tankeri vuruldu
Hörmüz boğazında hərəkət edən neft tankeri hücuma məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) yaydığı məlumatda qeyd olunub.

"Yerli orqanların məlumatına əsasən, gəmi naməlum mərmi ilə vurulub. Nəticədə tankerdə yanğın başlasa da alov qısa zamanda söndürülüb", - deyə açıqlamada bildirilir.

UKMTO qeyd edir ki, hazırda dənizçilərin həyatına təhlükə yoxdur və hadisənin hər hansı bir ekoloji fəsad törətdiyi barədə məlumat daxil olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]