Rusiyada arxeoloqlar küpü açanda gözlərinə inanmadılar: Yarım milyard rublluq XƏZİNƏ tapıldı - FOTO

Bu gün, 15:18           
Rusiyada arxeoloqlar küpü açanda gözlərinə inanmadılar:
Rusiyanın Kolomna şəhərində yarım milyard rubl dəyərində xəzinə tapılıb.

Bu barədə "RİA Novosti" "Telegram" kanalı məlumat yayıb.

Qeyd edilir ki, bu xəzinə vəba epidemiyası zamanı gizlədilmiş ola bilər.

Məlumata görə, arxeoloqlar şəhərin tarixi mərkəzində qazıntı işləri apararkən gil küp aşkar ediblər. Küp torpağın altında təxminən 600 il ərzində toxunulmaz qalıb.

Küpün içərisində XV əsrə aid 2 600-dən çox gümüş sikkə aşkarlanıb. Sikkələr Böyük Knyaz I Vasili Dmitriyeviç və onun oğlu II Vasili Vasiliyeviç Temnının dövründə buraxılıb.

Mütəxəssislər hesab edirlər ki, xəzinə 1425-1427-ci illərdə, vəba epidemiyasının Rusiya torpaqlarına yayıldığı dövrdə gizlədilmiş ola bilər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]