Dünyada seçkiləri udan ilk Azərbaycan Türkü olan müsəlman qadın - Pərixanım Sofiyeva
Bu gün, 15:34

ADR qadınlara seçmək (və seçilmək) hüququ verdi. Hesab olunur ki, Müsəlman Şərqində ilk dəfə. Əslində o vaxt dünyada da ümumən çox deyildi qadınlara bu hüququ verən ölkə. Yəni çox proqressiv bir hadisə idi. Sadəcə bir məsələ var ki, 1918-20 ci illərdə seçki olmadı və dolayısıyla ADR parlamentində qadın yox idi. Bu iki il ərzində birbaşa, ümümxalq seçki olmadığı üçün qadınların seçki hüququ nəzəri qaldı, qanun üzərində.
Amma buna baxmayaraq bir Azərbaycanlı qadın deputat seçilir o dövrdə. Azərbaycanda yox, Gürcüstanda. Bu, Qaracala kəndindən olan Pərixanım Sofiyevadır. 1918-ci ildə Gürcüstanda respublika qurulanda, Tiflis bələdiyyə məclisinə seçkiləri udan, dünyada ilk seçilmiş müsəlman qadın hesab olunur Pərixanım.
Pərixanımın deputat olma faktını bu yaxınlarda bir gənc Gürcü tədqiqatçısı kəşf edib - araşdırma zamanı görüb ki Tiflis quberniyası bələdiyyə deputatlarının siyahısında bir Azərbaycanlı qadının adı var.
Deyirlər ki Pərixanım böyük hörmət və güclü xarakter sahibi olub, qəliz mübahisələri həll edirmiş, dəmi çəkir və üstündə silah gəzdirirmiş. Sovetlər gələndə isə çox əziyyət görüb, qardaşlarını öldürüblər. Özü də 1953-cü ildə cavan qohumunun həbs xəbərini eşidəndə infarkt keçirib.
Ruhu şad olsun!
Rashad Shirin
P.S. Nədən itin qurdun şərəfinə heykəllər qoyuruq, monoqrafiyalar, kitablar yazırıq, amma bu xalqımızın şərəfli qadınını gözardı edirik!
Hörmətli professor Zaur Əliyev söz sənindir!!
TEREF

