Obama təsdiqlədi: KXDR-ə sanksiya tətbiqi...

19-02-2016, 02:31           

ABŞ Prezidenti Barak Obama KXDR-ə qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi haqda qanunu imzalayıb.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin sədri Bob Korker verib.

Xatırladaq ki, fevralın 17-də Ağ Evin mətbuat katibi Coş Ernest Obamanın bu qanunu təsdiqləmək niyyətində olduğunu açıqlamışdı.

Qeyd edək ki, buna səbəb KXDR-in yanvarın 6-da hidrogen bombasını, fevralın 7-də isə növbəti ballistik raketi sınaqdan keçirməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru