Kerri və Çavuşoğlu Suriyada atəşkəsin tətbiqini və İŞİD-lə mübarizəni müzakirə ediblər

19-02-2016, 02:32           
Kerri və Çavuşoğlu Suriyada atəşkəsin tətbiqini və İŞİD-lə mübarizəni müzakirə ediblər
ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

“Onlar humanitar yardımın çatdırılması və atəşkəsin tətbiqi daxil olmaqla Suriyadakı son hadisələri və İŞİD-lə mübarizədə göstərilən səyləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Bundan başqa, Kerri Ankarada fevralın 16-da törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.

“Dövlət katibi ABŞ-ın NATO-dakı müttəfiqimiz olan Türkiyə ilə tərəfdaşlığa və terrorçuluqla ümumi mübarizəyə dair öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru