Rusiya daha bir ölkənin hava məkanını pozdu

20-02-2016, 01:16           

Estoniya Rusiya vertolyotu tərəfindən ölkənin hava məkanının pozulduğunu bildirib.

Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, Estoniya Müdafiə qüvvələri Baş qərargahının məlumatına əsasən, cümə axşamı, fevralın 18-də Rusiyanın Mi-8 vertolyotu icazə almadan Vasknarva zastavasının yaxınlığında Estoniyanın hava məkanına daxil olub.

Qərargahdan bildirildiyinə görə, vertolyot Estoniya hava məkanında 1 dəqiqədən az vaxt ərzində olub. Hava gəmisinin transponderi söndürülmüş vəziyyətdə olub və uçuş planı əvvəlcədən təqdim edilməyib.

Agentliyin xəbərinə əsasən virtualaz.org bildirir ki, Rusiyanın Estoniyadakı səfiri bu hadisə ilə əlaqədar sözügedən ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru