Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

21-02-2016, 12:23           

Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bunu o Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib.

Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]