Tramp onunla həmin sazişi imzalayacaq

8-11-2025, 12:24           
Tramp onunla həmin sazişi imzalayacaq
Macarıstan ABŞ ilə böyük nüvə əməkdaşlıq sazişi imzalayacaq.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” sosial media platformasında bildirib.

O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban arasında görüş Budapeşt üçün strateji əhəmiyyət kəsb edir.

“Biz qeyd edirik ki, geosiyasi reallıqlarımızı nəzərə alaraq, Rusiyadan sanksiyalar və ya hüquqi məhdudiyyətlər olmadan enerji almaq imkanının saxlanılması Macarıstanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”, - Macarıstanın xarici işlər naziri əlavə edib.

Mənbə: qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru