Ukrayna niyə qalib olacaq?

Bu gün, 11:45           
Ukrayna niyə qalib olacaq?
Zelenskiyə həmrəylik nümayiş etdirən 3 keçmiş prezident Polşanın ordenini geri qaytarır.
Polşa prezidenti Karol Navrotskiy Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə UPA (Ukrayna millətçilərinin üsyançılar ordusu) adı verilməsini əsas gətirərək Ukrayna prezidenti Volodimir Zelenskiyə verilən yüksək dövlət mükafatı Ağ Qartaldan məhrum edib.
Polyaklar UPA-nı 1943-44 illərdə Volın vilayətində dinc polyakları qətl edən bölmələr kimi qəbul edir. Ukrayna tərəfi isə UPA-nın Polşanın Krayova ordusunun dinc ukraynalıları qətl etməsinə cavab verdiyini bildirir.
Qeyd edək ki, həmin hadisələrdə hər iki tərəfdən 10 minlərlə insan həlak olub...
Zelenski qərardan xəbər tutan kimi ordeni geri göndərib. O həmçinin tarixə nəzər salaraq Polşa prezidentinin qərarının paradoks yaratdığını vurğulayıb:
"Polşa prezidenti demişdi ki bu orden adı mükafat deyil. Bu Pospolita Reçinin yüksək etimadıdır. Onun sözlərinə görə bu mükafat Polşa dövləti ilə dostluq və xalqının minnətdarlığını ehtiva edir. Navrotskiy deyib ki, bu simvol təkcə xidmətlər deyil, onların cəmiyyətinin əsasını təşkil edən dəyərlərə hörmət də tələb edir. Əgər bu sözlərdən sonra hesab edirlərsə ki, bu mükafat alanlar siyahısında ikinci Ekaterina, Benito Mussolini şəxslər qala bilər biz bu barədə mübahisə etməyəcəyik".
Bu mükafatı alan Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib...
İkinci prezident Leonid Kuçma Zelenski ilə həmrəylik nümayiş etdirərək Ağ Qartaldan imtina edib...
Üçüncü prezident Viktor Yuşşenko da eyni addımı atıb...
Qaçqın prezident Yanukoviç bu mükafatı almayıb...
Seçkilərdə Zelenskiyə məğlub olan, hazırda isə aralarında ciddi siyasi çəkişmə olan beşinci prezident Petr Poroşenko da Ağ Qartal ordenini qaytaracağını açıqlayıb...
Ukrayna prezidenti ofisinin rəhbəri, general Kirilo Budanov da mükafatdan imtina edib. Yeri gələndə normal seçki rəqabəti aparıb demokratik inkişafa təkan verən belə liderlər olduqca bu dövlətin dizi yerə gəlməz.
Dövlət maraqları tələb etdikdə isə bütün siyasi maraqları kənara qoyub yumruq kimi birləşən Ukrayna siyasi elitasına, dövlətinə heç bir xarici qüvvə bata bilməz.
Анар Натігогли
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru