İrandan ABŞ-yə təhdid: "Yaxın Şərqə enerji təchizatını dayandıra bilərik"

Bu gün, 11:34           
İrandan ABŞ-yə təhdid:
İranın ali dini rəhbərinin müşaviri Məhəmməd Moxber bəyan edib ki, Vaşinqton qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirməsə, Tehran Yaxın Şərqdə enerji təchizatını dayandıra bilər.

Moxber bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Amerikalılar iqtisadiyyat və itkilər dilini daha yaxşı anlayırlar. Əgər razılaşma yalnız kağız üzərində qalarsa, Yaxın Şərq üzrə enerji təchizatı axınları dayandırılacaq", - deyə o bildirib.

Moxber əlavə edib ki, İran tərəfini təmsil edən danışıqlar heyəti də ABŞ üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyənədək mövcud vəziyyətdən razı qalmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru