Təsadüfi klik həyatı dəyişdi: Rusiyada təqaüdçü qadın 5 milyon rubl qazandı

Bu gün, 12:34           
Təsadüfi klik həyatı dəyişdi: Rusiyada təqaüdçü qadın 5 milyon rubl qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan təqaüdçü qadın təsadüfən lotereya reklamına daxil olub və nəticədə 5 milyon rubl (təxminən 116 min manat) məbləğində pul mükafatı qazanıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, qadın əvvəllər də müxtəlif lotereya oyunlarında mütəmadi iştirak etdiyini bildirib.

"Oyun oynayarkən ekranda qəfildən lotereya reklamı peyda oldu. Qadın təsadüfən oynamaq təklifinin üzərinə kliklədi və qarşısına çıxan ilk bileti aldı. Məhz bu kortəbii seçim ona böyük uduş qazandırdı", - deyə məlumatda qeyd olunub.

Qalib qadın bildirib ki, əldə etdiyi vəsaiti evinin təmirinə və sağlamlığı ilə bağlı ehtiyaclarına sərf etməyi planlaşdırır. Bundan əlavə, o, qazandığı pulun bir hissəsini qızının toyuna hədiyyə etməyi düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru