Zelenski Kiril Dmitriyevə sanksiya tətbiq etdi

10-11-2025, 10:24           
Zelenski Kiril Dmitriyevə sanksiya tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyalı bir sıra yüksək vəzifəli şəxslərə qarşı yeni sanksiyalar elan edib.

Bu barədə “Gazeta.ru” məlumat yayıb.

Bildirilib ki, sanksiyalar siyahısına Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev, FTX-nin beşinci xidmətinin rəhbəri Aleksey Komkov, Baş Qərargahın nümayəndəsi Aleksandr Zorin, kənd təsərrüfatı naziri Oksana Lut və bir neçə digər rəsmi daxil edilib.

Zelenskinin sözlərinə görə, bu addım Rusiya tərəfindən Ukrayna hökumət üzvlərinə qarşı tətbiq olunan sanksiyalara cavabdır. Ukrayna Prezidenti həmçinin Rusiyanın mədəniyyət sahəsinə qarşı da yeni sanksiyalar tətbiq ediləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru