Çoxları Nyu-York şəhərindəki Azadlıq Heykəlinin dünyanın ən hündür heykəli olduğuna inanır. Bununla belə, daha böyük bir heykəl də var. Bu gün dünyanın ən hündür heykəli Birlik Heykəlidir. Hindistanın keçmiş Baş nazirinin müavini Vallabxai Patelə həsr olunmuş abidə Qucarat ştatının Sadhu adasında ucalır. O, Azadlıq Heykəlindən təxminən 2,5 dəfə hündürdür. Abidənin hündürlüyü postament də daxil olmaqla 240 metrdir. Vallabxai Patel Hindistan müstəqillik hərəkatının ən məşhur liderlərindən biri olub. O, Mahatma Qandinin sadiq davamçısı idi və onun Böyük Britaniyadan Hindistanın müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirdi. Patel demək olar ki, bütün həyatını bu işə həsr etmişdir. Есмира Шукурова TEREF