Şəxsi Maraqların “Qara Siyahısı və ya Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması.

Bu gün, 00:11           
Şəxsi Maraqların “Qara Siyahısı və ya  Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması.
​Azərbaycan mediasında və ictimai rəydə özünü prinsiplərin, obyektivliyin tərəfdarı kimi təqdim etməyə çalışanların maskası növbəti dəfə yırtıldı.
Son günlər yayılan məlumatlar və pərdəarxası gəlişmələr bir daha sübut edir ki, bəziləri üçün "peşə prinsipləri" sadəcə lazımi anda alver predmetinə çevrilən adi bir vasitədir.
Söhbət Okeanın o tayından — Amerikadan yenicə qayıdan jurnalist Qənirə Ataşovanın qəfil və olduqca şübhəli "U-dönüşü"ndən gedir.
​Qənirə Ataşovanın Amerikadan qayıdan kimi atdığı ilk addımlar, yumşaq desək, heyrət və ikrah doğurur.
Vaxtilə özünün "qara siyahı"sına saldığı, fəaliyyətini sərt şəkildə tənqid etdiyi, haqqında mənfi rəylər və yazılar tirajladığı həkimlərlə indi qucaqlaşıb-görüşməsi hansı məntiqə sığır?
Dünən ifşa etdiyiniz adamlarla bu gün eyni masa arxasında əyləşmək, həmin o məşhur "qara siyahıları" birdən-birə ağartmaq hansı maraqların tezisidir?
​Bu "təmizləmə" əməliyyatının ən rüsvayçı və diqqətçəkən məqamı isə dermatoloq kimi tanınan Vəfa Cəlilova ilə bağlıdır. Vaxtilə Qənirə Ataşovanın hədəfində olan, haqqında kəskin tənqidi materiallar hazırladığı Vəfa Cəlilova nə baş verdi ki, birdən-birə "əziz və mötəbər" şəxsə çevrildi?
Bu qəfil dostluğun, bu "günahların bağışlanması" seansının arxasında hansı gizli razılaşmalar, hansı maddi və ya qeyri-maddi dividendlər dayanır?
Dünən yazdıqlarınız yalan idi, yoxsa bu gün qurduğunuz münasibətlər saxtadır?
Media statusundan istifadə edərək adamları əvvəlcə qaralayıb, sonra "bəraət" vermək hansı jurnalist etikasına sığır?
​Məsələnin digər və daha vahiməli tərəfi isə birbaşa insan sağlamlığı və qanunsuzluqla bağlıdır.
Ortada dəhşətli bir iddia və acı bir reallıq var: Bu gün özünü "dermatoloq" kimi sırıyan, insanların xarici görnüşü və sağlamlığı üzərində eksperimentlər aparan Vəfa Cəlilovanın əlində bu sahəyə aid heç bir rəsmi diplom yoxdur!
Daha da rüsvayçısı odur ki, bu şəxsin adı Səhiyyə Nazirliyinin vahid sistemində, həkimlərin reyestrində ümumiyyətlə mövcud deyil.
​Təsəvvür edin: Tibbi təhsili olmayan, rəsmi dövlət qeydiyyatından keçməyən bir şəxs klinika açır, yaxud hansısa mərkəzdə rahatca dermatoloji fəaliyyətlə məşğul olur, insanların cibini soyur və canını təhlükəyə atır.
Bu, sadəcə qanunsuzluq deyil, bu, birbaşa vətəndaşın sağlamlığına qarşı törədilən cinayətdir! Bəs bu cinayətə göz yuman, onunla "isti münasibətlər" quran Qənirə Ataşova bu diplomsuz fəaliyyəti görməzdən gəlməklə kimin oyununa şərik olur?
Dünən tənqid etdiyiniz qanunsuzluğu bu gün hansı haqla sığortalayırsınız?
​Buradan media olaraq Səhiyyə Nazirliyinə və aidiyyəti dövlət qurumlarına açıq suallar ünvanlayırıq:
​Səhiyyə Nazirliyinin rəsmi sistemində adı-sanı olmayan, dermatologiya sahəsində heç bir diplomu və ixtisası tapılmayan Vəfa Cəlilova hansı əsasla, kimlərin himayəsi ilə sərbəst şəkildə fəaliyyət göstərir?
​İnsanların sağlamlığını təhlükəyə atan bu cür qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün indiyə qədər hansı tədbirlər görülüb? Yoxsa reallıq bəzi media mənsubları ilə bu cür "saxta həkimlərin" sövdələşməsindən ibarətdir?
​Nazirlik bu rüsvayçılığa və dövlət sisteminə meydan oxuyan qanunsuz fəaliyyətə nə vaxt son qoyacaq və rəsmi araşdırmanın nəticələri barədə ictimaiyyətə nə zaman hesabat verəcək?
​Dövlətin səhiyyə sistemini, qanunlarını heçə sayan diplomsuz "mütəxəssislər" və onlarla maraq birliyinə girib dünən dediyini bu gün udan jurnalistlər bilməlidirlər ki, bu mövzu beləcə qapanmayacaq.
Media olaraq Səhiyyə Nazirliyindən bu məsələ ilə bağlı təxirəsalınmaz cavab, konkret addımlar və hüquqi tədbirlər gözləyirik. Vətəndaşın canı da, ölkənin qanunları da kimlərinsə şəxsi alver və "reabilitasiya" predmeti ola bilməz!
Sima Babayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru