ABŞ Sülh Şurasına üzvlük üçün 1 milyard dollar tələb edib

18-01-2026, 11:59           
ABŞ Sülh Şurasına üzvlük üçün 1 milyard dollar tələb edib
ABŞ Prezidentinin administrasiyası Sülh Şurasında yer almaq istəyən hər bir dövlətdən 1 milyard dollar tələb edib.

Tribuna.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, agentliyin əlinə qrupun nizamnamə layihəsi keçib.

Şuraya kimin dəvət olunacağına dair qərarı ABŞ lideri Donald Tramp verəcək.

Sənədə əsasən, Sülh Şurasında qərarlar səs çoxluğu ilə qəbul ediləcək. Hər bir üzv dövlət üç ildən artıq vəzifə tuta bilməz və bir səsə malikdir. Bununla yanaşı, bütün qərarları sədr – Donald Tramp təsdiqləyəcək.

“Üçillik üzvlük müddəti, nizamnamə qüvvəyə mindikdən sonra ilk il ərzində Sülh Şurasına 1 milyard dollardan çox nağd vəsait yatıran dövlətlərə şamil olunmur”, – “Bloomberg” layihədən sitat gətirib.

Sənəddə qeyd olunub ki, Sülh Şurası sabitliyə yardım etmək, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənmiş və ya münaqişə təhlükəsi altında olan bölgələrdə davamlı sülhü təmin etmək məqsədi daşıyan beynəlxalq təşkilatdır.

“Bloomberg” dəqiqləşdirib ki, tənqidçilər Trampın BMT-yə alternativ yaratmağa çalışdığından ehtiyatlanırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]