Suriya lideri ölkənin şimal-şərqində atəşkəs elan edib

19-01-2026, 09:18           
Suriya lideri ölkənin şimal-şərqində atəşkəs elan edib
Suriyanın lideri Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib.

APA xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.

O, həmçinin SDF rəhbəri Mazlum Abdi ilə bu günə planlaşdırılan görüşün “əlverişsiz hava şəraiti” səbəbindən sabaha təxirə salındığını bildirib.

Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDF ilə bağlı bütün həllini tapmamış məsələlər nizamlanacaq.

Bundan əlavə, Suriya prezidenti SDF ilə inteqrasiya barədə saziş imzalayıb. Sənədə əsasən, Suriya dövlət qurumları Həsəkə, Deyr əz-Zor və Rakka bölgələrinə daxil olaraq nəzarəti öz üzərinə götürəcək. Hökumət, həmçinin ölkənin şimal-şərqindəki sərhəd-keçid məntəqələrinə nəzarəti təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]