Tramp NATO və Danimarkaya ultimatum verdi

19-01-2026, 16:46           
Tramp NATO və Danimarkaya ultimatum verdi
ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Arktika təhlükəsizliyi ilə bağlı kəskin açıqlama verib.

TEREF xəbər verir ki, Trampın sözlərinə görə, NATO artıq 20 ildir Denmark hökumətinə Rusiyanın mümkün təhlükəsini Qrenlandiya ərazisindən uzaq saxlamağın zəruriliyini bildirir, lakin Kopenhagen bu müddətdə real nəticə ortaya qoymayıb.

Trampın iddiasına əsasən, Danimarkanın passiv mövqeyi Arktikada təhlükəsizlik balansını zəiflədib və bu, daha ciddi addımların qaçılmaz olduğunu göstərir. O, artıq “səbrin tükəndiyini” vurğulayaraq prosesin yeni mərhələyə keçəcəyinə işarə edib.

“NATO 20 ildir Danimarkaya deyir ki, Rusiya təhlükəsini Qrenlandiyadan uzaq saxlamaq lazımdır. Təəssüf ki, Danimarka bu istiqamətdə heç nə edə bilmədi. İndi isə zaman yetişib və bu, həyata keçiriləcək”, – deyə Tramp bildirib./Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]