Tramp Nobel Sülh Mükafatının olmamasında bu ölkəni günahlandırdı

20-01-2026, 10:34           
Tramp Nobel Sülh Mükafatının olmamasında bu ölkəni günahlandırdı
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona verilməməsində Norveçi günahlandırıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri müsahibələrindən birində bu məsələni Norveçin Nobel Komitəsinin qərarları üzərində faktiki nəzarətə malik olması ilə əlaqələndirib.

“Norveç dediklərinə baxmayaraq, buna tam nəzarət edir. Onlar bununla heç bir əlaqəsi olmadığını deməyi sevirlər, amma əslində bu prosesdə böyük rolları var”, – deyə Donald Tramp bildirib.

ABŞ lideri müsahibəsi zamanı həmçinin səkkiz müharibəni dayandırdığını və saysız-hesabsız insanın həyatını xilas etdiyini bir daha xatırladıb. O, bu səbəbdən artıq Nobel Sülh Mükafatı ilə maraqlanmadığını da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru