Makron "güclünün qanunu"nu tanımamağa çağırdı

21-01-2026, 15:34           
Makron "güclünün qanunu"nu tanımamağa çağırdı
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya və Danimarkanı dəstəkləyən ölkələrə qarşı rüsumlar tətbiq etmək hədələri ilə Vaşinqton Avropanı zəiflətməyə çalışır.
Bakupost.az BMFTV telekanalına istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib.
O, "güclünün qanunu"nu tanımamağa çağırıb. Makron çıxışında "güclünün qanunu"nun hökm sürdüyü dünyaya qədəm qoyulması barədə xəbərdarlıq edərək, Avropanı buna passiv yanaşmamağa səsləyib:
"Avropanın çox güclü alətləri var və bizə hörmət edilmədikdə, oyun qaydalarına əməl olunmadıqda, onlardan istifadə etməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]