Tramp Si Cinpinin koronavirusla bağlı xahişindən danışıb

22-01-2026, 07:44           
Tramp Si Cinpinin koronavirusla bağlı xahişindən danışıb
Çin Prezidenti Si Cinpin ABŞ lideri Donald Trampdan koronavirusu "Çin virusu" adlandırmamasını istəyib.

Teleqraf xəbər verir ki, bunu Ağ Ev rəhbəri Davos İqtisadi Forumundakı çıxışı zamanı deyib.

“Mən koronavirusu "Çin virusu" adlandırırdım, amma Si Cinpin dedi ki, "başqa addan istifadə etmək olar?" Mən də ifadəni dəyişdim. Niyə bu məsələdə problem yaratmalıyıq?” - Tramp bildirib.

ABŞ lideri çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin və Si Cinpinlə yaxşı münasibətlərə malik olduğunu deyib.

Tramp Çin liderini "inanılmaz insan" adlandırıb və onun ölkəsində əldə etdiyi nailiyyətlərin "heyrətamiz" olduğunu etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]