Qalmaqal: Rusiya hərbi attaşesi bu ölkədən qovuldu

23-01-2026, 09:34           
Qalmaqal: Rusiya hərbi attaşesi bu ölkədən qovuldu
22 yanvarda Rusiyanın Almaniyadakı səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona bir gün əvvəl Almaniya hüquq-mühafizə orqanları tərəfindən Rusiya Federasiyasının maraqları naminə casusluqda şübhəli bilinən Almaniya və Ukrayna ikili vətəndaşlığı olan şəxsin saxlanıldığı və casusun rəhbəri olan diplomatın (Rusiyanın Almaniyadakı səfirliyinin hərbi attaşesinin) persona non qrata elan edildiyi bildirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyinin yaydığı açıqlamada bildirilib.
Səfirlik bunu “casus maniyası” adlandırıb və ittihamları rədd edib:
“Almaniya tərəfinin açıq-aşkar uydurma bəhanələrlə Rusiya-Almaniya münasibətlərində daha da gərginləşmə kursuna başlamasından təəssüfümüzü bildirir və Berlinin qeyri-dost hərəkətlərinin cavabsız qalmayacağını vurğulayırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]