Rusiya Silahlı Qüvvələri yerli həllərə əsaslanan ağıllı texnologiyalarla təchiz olunmalıdır.
TEREF xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin elektronika sənayesinin inkişafına həsr olunan müşavirə zamanı bildirib.
Prezident vurğulayıb ki, ordunun texnoloji təminatında daxili imkanlara söykənmək prinsipial əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Rusiya ordusunun məhz öz həllərinə əsaslanan müasir və ağıllı texnologiyalarla təchiz edilməsi artıq aydın və prioritet vəzifədir.
Bildirilir ki, proqramın əsas məqsədlərindən biri mövcud çətinliklər və çağırışlar nəzərə alınmaqla Rusiya Silahlı Qüvvələrinin planlı və sistemli şəkildə yenidən təchiz edilməsidir.//globalinfo.az