Adolf Hitlerin iki rəsm əsəri hərracda satıldı

23-01-2026, 17:34           
Adolf Hitlerin iki rəsm əsəri hərracda satıldı
Böyük Britaniyanın "Hutchinson Scott" hərrac evi Adolf Hitlerin 1909 və 1910-cu illərə aid çəkdiyi iki akvarel rəsmini satışa çıxarıb.

Oxu.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, bu iki rəsmin ümumi satış qiyməti təxminən 5.6 min avro təşkil edib.

Hərraca Hitlerin Vyanada rəssamlıq təhsili aldığı dövrdə çəkdiyi əl işləri çıxarılıb. Mütəxəssislərin fikrincə, bu rəsmlərin ciddi bədii dəyəri yoxdur. Rəsmlərdən birində ev, digərində isə kilsə təsvir olunub.

Ev təsvir olunan akvarel 2.3 min funt sterlinqə (təxminən 2 640 avro), kilsə təsvir olunan rəsm isə 2.6 min funt sterlinqə (təxminən 3 min avro) satılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]