Dünyanın ən böyük şəhərləri şirin su qıtlığından əziyyət çəkirlər

23-01-2026, 17:18           
Dünyanın ən böyük şəhərləri şirin su qıtlığından əziyyət çəkirlər
Dünyanın təxminən 100 ən böyük şəhərinin yarısı ciddi su qıtlığı ilə üz-üzədir.

Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 39 meqapolis su ehtiyatlarının kritik dərəcədə çatışmadığı zonalarda yerləşir.

"Watershed Investigations" və "The Guardian" tərəfindən aparılan kartoqrafik təhlil Pekin, Nyu-York, Los-Anceles, Rio-de-Janeyro və Delhini ekstremal su qıtlığı yaşayan şəhərlər kateqoriyasına daxil edib. London, Banqkok və Cakarta isə su ehtiyatlarına yüksək yük düşən şəhərlər qrupunda yer alıb.

NASA-nın peyk məlumatlarına əsaslanan araşdırma rütubətin dəyişməsi ilə bağlı uzunmüddətli tendensiyaları üzə çıxarıb. London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, Çennay, Tehran və Çjençjou kimi şəhərlərdə su hövzələri nəzərəçarpacaq dərəcədə quruyur. Eyni zamanda, Tokio, Laqos və Kampala rütubətin artması tendensiyasını nümayiş etdirir. Uzunmüddətli quruma zonalarında yerləşən meqapolislərdə təxminən 1.1 milyard insan yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]