Sülh Komitəsində gərginlik: Tramp onu siyahıdan çıxardı

23-01-2026, 15:08           
Sülh Komitəsində gərginlik: Tramp onu siyahıdan çıxardı
ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza Sülh Komitəsində iştirak etmək üçün verdiyi dəvəti geri götürüb.

Referans Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza Sülh Komitəsində iştirak etmək üçün verdiyi dəvəti geri götürüb. Karniyə müraciət edən Tramp bildirib:

“Cənab Baş nazir Karni, xahiş edirəm, bu məktubu Kanadanın indiyədək mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin rəsmi şəkildə geri çəkilməsi kimi qəbul edin”.

Xatırladaq ki, Karni Trampın “Kanada ABŞ sayəsində mövcuddur” ifadəsinə cavab olaraq “Kanada və ABŞ iqtisadiyyat, təhlükəsizlik və zəngin mədəni mübadilə sahələrində fövqəladə bir tərəfdaşlıq qurublar. Lakin Kanada ABŞ sayəsində mövcud deyil. Kanada inkişaf edir, çünki biz kanadalıyıq” sözlərini söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]