ABŞ İranın "kölgə donanması"na qarşı yeni sanksiyalar elan edib 24-01-2026, 15:14 ABŞ İrana qarşı yeni sanksiyalar elan edib.Bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.Nazirlik sanksiyaların İranın "kölgə donanması"ndakı doqquz gəmiyə, eləcə də onlara sahib olan şirkətlərə aid olacağını bildirib.Sanksiya tətbiq edilən qurumların və şəxslərin ABŞ-də yerləşən bütün əmlakı və aktivləri bloklanacaq.Nazirlik əlavə edib ki, məhdudiyyətlər İran hökumətinin gəlirlərini azaltmaq məqsədi daşıyır. Facebook-da paylaş