Britaniya Trampın dediyi o adanı verməkdən imtina edir

24-01-2026, 09:46           
Britaniya Trampın dediyi o adanı verməkdən imtina edir
Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ prezidenti Donald Trampın tənqidindən sonra Hind okeanının mərkəzindəki Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi ilə bağlı razılaşmanı parlament müzakirəsindən geri çəkib.

Musavat.com xəbər verir ki, məlumatı The Daily Telegraph (DT) mənbələrə istinadən yayıb. Qanun layihəsinin yanvarın 26-da Britaniya Parlamentinin Lordlar Palatasında (yuxarı palata) müzakirəyə çıxarılması gözlənilirdi. Lakin Britaniya hökuməti razılaşmanın müzakirəsini təxirə salıb.

DT-nin məlumatına görə, bu, müxalifət Mühafizəkarlar Partiyasının üzvlərinin Londonun Çaqos adalarından imtina etməsinin arxipelaqın "Birləşmiş Krallığın suverenliyi altında qalmalı olduğunu" nəzərdə tutan 1966-cı il Britaniya-Amerika sazişini pozacağı barədə açıqlamaları fonunda edilib.

Tori lideri Kemi Badnok bu həftənin əvvəlində Londona səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşdə məsələni qaldıraraq deyib: "Məsələ ilə bağlı müzakirələr zamanı Keyr Starmer Çaqos arxipelaqı ilə bağlı beynəlxalq hüququn arxasında gizlənməyə çalışıb. İndi Mühafizəkarlar arxipelaqın utancverici şəkildə təslim edilməsinin qanunsuz olacağını deyirlər".

Qeyd edək ki, 2025-ci ilin mayında Starmer Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə ötürülməsi barədə sazişin imzalandığını elan edib. Bu sazişə Dieqo Qarsiyada 99 il ərzində Britaniya-Amerika hərbi bazasının saxlanılması daxildir. Sazişə əsasən, Böyük Britaniya Mavrikiyə ildə 100 milyon funt sterlinqdən (137 milyon dollar) çox pul ödəyəcək, eyni zamanda xarici təhlükəsizlik qüvvələrinin adalarda olmasına ciddi qadağa qoyulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]