İranda qətl edilənlərin sayı artır: 43 min insan öldürülüb

26-01-2026, 16:28           
İranda qətl edilənlərin sayı artır:
İranda baş verən etirazların yatırılması zamanı insanların kütləvi şəkildə qətl edilməsi ilə bağlı yeni məlumatlar ortaya çıxmağa başlayıb.

Tribuna.az xəbər verir ki, bununla bağlı iki fərqli mənbədə iki fərqli rəqəm paylaşılıb.

ABŞ-ın məşhur “Time” dərgisi İran Səhiyyə Nazirliyindəki iki mənbəyə istinadən yazıb ki, son etirazlar zamanı molla rejimi 30 min insanı qətlə yetirib.

Lakin digər bir təşkilat, İranda İnsan Hüquqlarını Müdafiə Təşkilatı bu rəqəmin 43 min nəfər olaraq göstərib. Təşkilat bildirib ki, bu rəqəmi dəqiqləşdirmək üçün bütün mənbələrdən dəqiqləşdirmə aparıblar. Belə ki, onlar öldürülənlərin hamısının adlarını, fotolarını, habelə ailələrinin təsdiqləməsinə əsasən müəyyən ediblər.

Qeyd edək ki, rəsmi Tehran aksiyalarda 693 nəfərin ölıdüyünü iddia edir. Onların da 500 nəfərə yaxınının təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğunu bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]