BƏƏ ABŞ-nin İrana mümkün hücumu ilə bağlı bəyanat yayıb

27-01-2026, 10:38           
BƏƏ ABŞ-nin İrana mümkün hücumu ilə bağlı bəyanat yayıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz hava məkanı, ərazisi və ya sularının İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

“BƏƏ Xarici İşlər Nazirliyi İrana qarşı hər hansı düşmən xarakterli hərbi əməliyyatlarda öz hava məkanı, ərazisi və sularından istifadənin yolverilməzliyi prinsipinə, eləcə də bununla bağlı hər hansı maddi-texniki dəstəyin göstərilməsinin yolverilməzliyi prinsipinə sadiqliyini bir daha təsdiqləyir”, - bildirilib.

Nazirlik vurğulayıb ki, münaqişələrin həlli üçün yalnız dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquq normalarına riayət edilməsi və dövlət suverenliyinə hörmət ən effektiv yoldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]