Putin bu şəhərə gəldi - İnternet söndürüldü

27-01-2026, 11:18           
Putin bu şəhərə gəldi -
Bu gün Sankt-Peterburq şəhərində mobil internetdə böyük kəsinti baş verib. Bütün mobil operatorların abunəçilərinin əksəriyyəti yalnız "ağ siyahı"dakı veb saytlara daxil ola bilir.
Rusiya mediasının yazdığına görə, kəsinti əsasən şəhərin mərkəzi rayonlarında baş verir. Polis həmçinin küçələri bağlayır və həmin ərazilərdə nəqliyyatın hərəkətini məhdudlaşdırır.


İnternet kəsintisi Vladimir Putinin Malayziya Sultanı İbrahim İsmayılla görüşməyi planlaşdırdığı Sankt-Peterburqa gəlişi ilə əlaqədardır. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin həmçinin Sankt-Peterburq və Leninqrad vilayətinin qubernatorları Aleksandr Beqlov və Aleksandr Drozdenko ilə işgüzar görüşlər keçirəcək. Putinin 27 yanvarda Leninqradın mühasirəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Putin özü Rusiyanın demək olar ki, bütün bölgələrinə təsir edən mobil internet kəsintilərini şərh edərək, bunların Ukrayna dronları ilə mübarizə aparmaq üçün zəruri tədbir olduğunu söyləyib. O, xaricdə yerləşən internet xidmətlərinin ”düşmənə zərbələr üçün hədəf seçməyə" kömək etdiyini” iddia edib, buna görə də internet bağlanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]