Tramp: "İran yaxınlığında böyük bir ordumuz var"

27-01-2026, 10:42           
Tramp: "İran yaxınlığında böyük bir ordumuz var"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran yaxınlığında böyük qüvvələr cəmləşdirdiyini və Tehranın dialoqa hazır olduğuna əminliyini bildirib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə "Axios"a açıqlama verib.

"İranın yaxınlığında böyük bir ordumuz var, Venesuela yaxınlığında olan ABŞ qüvvələrindən daha böyük. İran razılaşma əldə etmək istəyir. Bilirəm, dəfələrlə zəng ediblər, danışmaq istəyirlər", - deyən prezident hansı razılaşmalardan söhbət getdiyini dəqiqləşdirməyib.

Tramp İranla bağlı hansı tədbirlər görmək niyyətində olduğunu da açıqlamayıb. O, ölkədəki vəziyyətin dəyişkən olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]