Şimali Koreya "yer üzündə cənnət" vədinə görə təzminat ödəməlidir

27-01-2026, 11:08           
Şimali Koreya "yer üzündə cənnət" vədinə görə təzminat ödəməlidir
Yaponiya məhkəməsi Şimali Koreyanı "yer üzündəki cənnət"də yaşamaq barədə yalan vədlərlə dörd nəfəri ölkəyə cəlb etməsinə görə təqsirkar hesab edib.

Oxu.Az xəbər verir ki, məlumatı "The Independent" yayıb.

Məhkəmə Şimali Koreyanı dörd şəxsin hüquqlarını pozmaqda günahkar sayıb və ölkənin həmin şəxslərdən hər birinə 22 milyon yen (təxminən 143 000 dollar) ödəməli olması barədə hökm çıxarıb.

Bu qərar iddiaçılar tərəfindən inqilabi addım kimi qiymətləndirilib. Onların vəkili Kenci Fukuda bildirib ki, Şimali Koreyada insan haqlarının pozulmasını tanıyan məhkəmə qərarının çıxarılması çox əhəmiyyətlidir.

Lakin o, əlavə edib ki, bu, sadəcə bir kağız parçasıdır və kompensasiyanı almaq asan məsələ deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]