Fransa Ukraynaya 500 kilometri vuran dronlar göndərib

28-01-2026, 11:34           
Fransa Ukraynaya 500 kilometri vuran dronlar göndərib
Fransanın “EOS Technologie” şirkəti Ukraynaya bir neçə “Rodeur 330” zərbə dronu çatdırıb. Bu dronların uçuş məsafəsi 500 km-ə qədərdir, havada 5 saat qala bilərlər.

Xəbəri “France Presse” agentliyi “France 24″ə istinadla yayıb.

Şirkətin rəhbəri Jan-Mark Zuliani deyib ki, Ukraynaya dron verməklə Qərb istehsalçıları onları sahədə sınaqdan keçirmək imkanı qazanır. Onun dediyinə görə, ukraynalılar müharibənin gedişatında “dünyada misilsiz təcrübə qazanıblar”.

İstehsalçı şirkətin məlumatına görə, “Rodeur 330″un sürəti 120 km/saata qədərdir, 5 min metr hündürlüyə qalxa bilir.

Ukrayna hökuməti daha öncə bildirib ki, ölkədə 500 km-dən də uzağa uça bilən dronlar hazırlanır və istehsal edilir. Bu dronlar Rusiyanın dərinliklərini vurmaq üçün də istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]