Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqlədi

29-01-2026, 12:34           
Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqlədi
Avropa İttifaqı (Aİ) üzv ölkələrinin səfirləri Ermənistana 20 milyon avro məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyiblər.

"Report" xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak öz mənbələrinə istinadən bildirib.

Onun məlumatına görə, bu, Avropa Sülh Fondu çərçivəsində İrəvana təqdim edilən ölümcül olmayan hərbi yardım paketidir.

Xatırladaq ki, 2024-cü ildə Aİ Sülh Fondundan Ermənistana 10 milyon avro yardım ayırıb, bu da ikitərəfli münasibətlər tarixində ilk belə addım olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]