Almaniyanın ən böyük gölü tamamilə dondu

29-01-2026, 12:38           
Almaniyanın ən böyük gölü tamamilə dondu
Almaniyanın şimalında və şərqində anomal şaxtalar müşahidə olunub, ərazini dolu vurub. Belə ki, Almaniyanın Meklenburq - Ön Pomeraniyada ən böyük gölü olan Myurits gölü tamamilə donub.

Bu barədə"Bild" nəşri yazıb.

Məlumata görə, yolların və dəmir yollarının buz bağlaması səbəbindən bir neçə bölgədə məktəblərin bağlanması və qatarların hərəkətinin dayandırılması zərurəti yaranıb.

Sinoptiklərin məlumatına görə, Almaniyanın ən böyük şirin su hövzəsi olan və sahəsi 110 kvadratkilometrdən çox olan Myurits gölünün səthi qalın buz təbəqəsi ilə örtülüb. Yaranan buz səthinin qalınlığı bəzi yerlərdə 20-25 sm-ə çatır.

Qeyd edilir ki, bu cür vəziyyət Myurits gölündə nadir hallarda baş verir. Sonuncu dəfə belə bir hal illər öncə qeydə alınıb.

Hava şəraiti bölgələrə görə dəyişir, şimal-şərqdə və şərqdə isə soyuq kontinental hava üstünlük təşkil edir, daha rütubətli və mülayim hava kütlələri isə alçaq dağətəyi ərazilərdən qərbə və cənuba çatır. Qərbdə, cənub-qərbdə və Almaniyanın bəzi mərkəzi yerlərində sulu qar müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]