Rusların Avropaya girişini qadağan etmək təklif olunur

30-01-2026, 00:12           
Rusların Avropaya girişini qadağan etmək təklif olunur
Estoniya Ukraynaya qarşı müharibədə iştirak etmiş Rusiya vətəndaşlarının Avropa İttifaqına (Aİ) girişini qadağan etməyi təklif edib.

“AzPolitika” “Politcio”ya istinadla xəbər verir ki, bu təşəbbüs 29 yanvar tarixində Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə müzakirəyə çıxarılacaq, xəbər verir.

Estoniya hakimiyyətinin narahatlığı ondan ibarətdir ki, mümkün sülh razılaşması nəticəsində cinayətkar keçmişi olan minlərlə keçmiş döyüşçü Aİ ölkələrinə daxil ola bilər.

Nəşr estoniyalı anonim diplomatın sözlərini sitat gətirir: "Dörd il davam edən döyüşlərdən sonra söhbət milyonlarla insandan, hələ də döyüşən yüz minlərlə nəfərdən gedir. Bu, böyük rəqəmlərdir. Amma onlar Şengen zonasına daxil olmaq istəyəndə nə baş verəcək?"

Diplomatın sözlərinə görə, riski azaltmağın yollarından biri müharibədə iştirak etmiş şəxslərin mümkün qədər çoxunu "qara siyahıya" daxil etməkdir.

Bəzi diplomatlar isə bildirirlər ki, Aİ ölkələri Estoniyanın təşəbbüsünü dəstəkləsə də, qadağanın həyata keçirilməsi bir çoxları üçün çətin olacaq: bəzi ölkələr hər bir müharibə iştirakçısını ayrıca siyahıya salmalı və qərarı təsdiqləyən sübutları toplamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]