Ukraynaya 145 milyon avro yardım ayırdılar

30-01-2026, 09:08           
Ukraynaya 145 milyon avro yardım ayırdılar
Avropa Komissiyası elektrik və istilik enerjisi təchizatında yaranan fasilələrin yaratdığı kritik vəziyyətə cavab olaraq Ukraynaya 145 milyon avroluq yardım paketinin ayrıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə rəsmi məlumatda bildirilib.

“Avropa Komissiyası Ukrayna və qaçqınlara ev sahibliyi edən Moldovaya 153 milyon avro təcili yardım elan edib, çünki milyonlarla ukraynalı dondurucu temperatur və elektrik enerjisinin kəsilməsi ilə üzləşib”, – sənəddə deyilir.

Ümumi məbləğin 145 milyon avrosu Ukraynaya, qalan 8 milyon avrosu isə Moldova üçün nəzərdə tutulub.

Maliyyə dəstəyi ilə yanaşı, Avropa Komissiyası bir ay ərzində Ukraynaya ümumilikdə 947 elektrik generatorunun göndəriləcəyini vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]