“ABŞ Ukraynaya dəstək göstərmir” - Kallas

30-01-2026, 09:10           
“ABŞ Ukraynaya dəstək göstərmir” - Kallas
“ABŞ bir ildən çoxdur ki, Ukraynaya dəstək göstərmir”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas deyib.

Onun sözlərinə görə, avropalıların diqqəti məhz buna yönəlib.

“Artıq görürük ki, ABŞ bir ildən çoxdur ki, Ukraynanı dəstəkləmir; bunu edən avropalılardır” .

Kallas Ukrayna münaqişəsinin həlli məsələsində hər hansı bir razılaşmanın işləməsi üçün Avropanın iştirakının zəruri olduğu fikrini bildirib.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bildirib ki, ABŞ-nin Avropa müttəfiqləri müdafiə qabiliyyətlərinə kifayət qədər sərmayə qoymayıblar və Amerikanın dəstəyi olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verə bilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]