ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi

31-01-2026, 11:08           
ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti İsrailə üç ayrı müqavilə çərçivəsində potensial hərbi tədarüklərin göndərilməsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, ümumilikdə sözügedən tədarüklərin dəyəri 6,5 milyard dollardan çoxdur.

Əsas olaraq, İsrailə təqribi dəyəri 1,98 milyard dollar olan yüngül taktiki nəqliyyat vasitələrinin və onlara aid avadanlıqların mümkün satışı, həmçinin 3,8 milyard dollar məbləğində 30 ədəd “AH-64E Apache” helikopterinin satışı təsdiqlənib.

740 milyon dollar dəyərində olan üçüncü müqavilə isə “Namer” zirehli transportyorları üçün qurğuları və transmissiyaların göndərilməsini, eləcə də onların kompleks logistik təminatını əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]