"Yaxın vaxtlarda Rusiya ilə əsir mübadiləsi gözlənilir" - Zelenski

5-02-2026, 07:24           
"Yaxın vaxtlarda Rusiya ilə əsir mübadiləsi gözlənilir" - Zelenski
Ukrayna yaxın vaxtlarda Rusiya ilə növbəti əsir mübadiləsini gözləyir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Kiyev, Moskva və Vaşinqton arasında Əbu-Dabidə keçirilən danışıqların 2-ci raundunun ilkin nəticələrinə dair hesabata əsasən, özünün "Telegram" kanalında məlumat yayıb.

"Bu gün keçirilən görüşlərdən sonra nümayəndə heyətimizin hesabatı oldu. Həmçinin komandanın Amerika tərəfi ilə təmasları baş tutdu. Rüstəm Umerov, Kirill Budanov və David Araxamiya məruzə etdilər. Biz bu gün keçirilən danışıqların aralıq nəticələrini müzakirə etdik. Sabah davam edəcəklər. Həmçinin vacib bir addım olacaq: yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsini gözləyirik. Əsirləri evə qaytarmaq lazımdır", - deyə o yazıb.

Zelenski Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün real addımların zəruriliyini növbəti dəfə vurğulayıb:

"Məhz Rusiya buna hazır olmalıdır. Tərəfdaşlar da öz real təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiqləri ilə bunu təmin etməyə hazır olmalıdırlar. Eləcə də Ukrayna xalqı hiss etməlidir ki, vəziyyət, həqiqətən, sülhə və müharibənin bitməsinə doğru gedir, rusların hər şeyi öz xeyirlərinə istifadə edib zərbələri davam etdirməsinə yox".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru