Rumıniyada ağlagəlməz fırıldaq: Özünü Dubay şahzadəsi kimi təqdim edən şəxs qadının milyonlarını ələ keçirdi

5-02-2026, 16:38           
Rumıniyada ağlagəlməz fırıldaq:
Rumıniyada özünü Dubay şahzadəsi kimi təqdim edən nigeriyalı tərəfindən yerli iş adamına qarşı törədilən 2,5 milyon dollarlıq dələduzluq faktı ilə bağlı cinayət işi açılıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, fırıldaqçılar rumın iş qadınını humanitar fondlara investisiya yatırmağa razı salıblar.

Özünü ərəb şahzadəsi ilə əməkdaşlıq etdiyinə inanan sahibkar qadın saxta bank hesabına 2,5 milyon dollardan artıq vəsait köçürüb. Bunun üçün o, bank kreditlərindən və şirkətinin maliyyə resurslarından istifadə edib, hətta şəxsi evini girov qoyub.

İş adamını aldadan şəxs Henri Eke adlı nigeriyalı olub. O, sahibkarı aldatmaq məqsədilə saxta şəxsiyyət vəsiqəsi, uydurma banklar və maliyyə məsləhətçiləri şəbəkəsi yaradıb. Bundan əlavə, romantik vədlər və evlilik təklifləri ilə müşayiət olunan mürəkkəb dələduzluq sxemindən istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru