Hindistanda mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub

6-02-2026, 15:24           
Hindistanda mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub
Hindistanın şimal-şərqindəki Meqhalaya ştatında özəl kömür mədənində baş verən partlayış nəticəsində azı 18 işçi həlak olub.

Moderator.az-ın məlumatına görə, bu barədə "Press Trust of India" agentliyi yerli polisə istinadən xəbər verir.

Hadisə dağlıq Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib. Partlayış yerində 18 nəfərin meyiti tapılıb, daha bir nəfər xilas edilib. Agentliyin məlumatına görə, daha bir neçə nəfər dağıntılar altında qalmış ola bilər.

Axtarış-xilasetmə işləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru