İsrailin nəqliyyat naziri Miri Regev Ben-Qurion hava limanında reyslərlə bağlı məhdudiyyətlərin sərtləşdirilməsi barədə göstəriş verib.
Bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, martın 23-dən etibarən yola düşən reyslərdə sərnişin sayı 120-dən 50-yə endiriləcək.
Bundan əlavə, həm gələn, həm də gedən reyslərin sayı da məhdudlaşdırılacaq. Belə ki, hər iki istiqamətdə saatda iki reys əvəzinə yalnız bir reysə icazə veriləcək.