1314-cü ildə İngiltərə kralı II Edvard futbolu rəsmi şəkildə qadağan etdi

Bu gün, 17:34           
1314-cü ildə İngiltərə kralı II Edvard futbolu rəsmi şəkildə qadağan etdi
1314-cü ildə İngiltərə kralı II Edvard Şotlandlara məğlub olandan sonra futbolu rəsmi şəkildə qadağan etdi. Sənəddə yazılırdı ki, "London küçələrində futbol oynayanlar dərhal cəzalandırılacaq".
Bunun bir səbəbi London tacirlərinin merdən bu işi tələb etməsi idi. Onlar hesab edirdilər ki, zorakı kişilərin və oğlanların küçələrdə top üstündə döyüşərək bir-birilərinə xəsarət yetirmələri və daha da əhəmiyyətlisi, maddi ziyana səbəb olmaları və xüsusən də belə hallarda ticarəti dayandırmaları qəbuledilməzdir. Çünki bu oyunlar çox qaba və qaydasız bir oyun idi və çox vaxt kütləvi dava-dalaşlarla nəticələnirdi.
Bundan əlavə, Kral bu qadağanı döyüş məşqlərinə mane olduğu üçün də tətbiq etmişdi. Çünki futbol oyunları təzəlikcə Şotlandlara məğlub olan kralın istədiyi oxçuluq təlimlərini pozurdu. Bu, onları uzun yay (Longbow) ilə məşq etməkdən yayındırırdı. Kral isə növbəti dəfə şotlandlarla döyüşə gedəndə ən vacib silahını əldən vermək istəmirdi.
Futbola bənzər oyunlar hələ orta əsrlərdə, xüsusilə də İngiltərədə mövcud idi. Bu oyunlar müasir futbol kimi qaydalı və təşkilatlanmış deyildi, amma insanlar topla komanda halında oynayır, onu bir nöqtədən digərinə aparmağa çalışırdılar.
Bu oyun daha çox “mob football” adlandırılır və bugünkü futbolun ilkin forması hesab olunur.
Kral II Edvardın qadağası da İngiltərədə futbolun ilk rəsmi qadağası hesab olunur və tarixdə məşhur bir fakt kimi qeyd olunur. Maraqlıdır ki, sonralar futbol İngiltərədə inkişaf edərək ən populyar idman növlərindən birinə çevrildi.
Hüseyn Fərhadov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru