"Samsung" Çində məişət texnikası və televizor satışını dayandıra bilər

Bu gün, 17:24           
"Samsung" Çində məişət texnikası və televizor satışını dayandıra bilər
"Samsung" Çin bazarında televizor və məişət texnikası satışını dayandırmağı müzakirə edir. Qərarın aprelin sonunadək qəbul oluna biləcəyi bildirilir.

Bu barədə "Reuters" xəbər verir.

Qeyd olunur ki, bu addım şirkətin Çində fəaliyyətini tam dayandırması demək deyil. "Samsung" ölkədəki istehsal müəssisələrini qorumağı planlaşdırır. Soyuducu, paltaryuyan və kondisioner istehsalı davam etdiriləcək, lakin bu məhsullar əsasən ixrac üçün yönləndirilə bilər.

Mümkün restrukturizasiyanın əsas səbəbi kimi Çin bazarında qiymət rəqabətinin kəskin zəifləməsi göstərilir. Yerli istehsalçılar daha ucuz və kifayət qədər keyfiyyətli məhsullar təklif edərək həm daxili, həm də xarici bazarlarda mövqelərini gücləndiriblər.

"Samsung" isə bildirib ki, şirkət qlobal biznes strukturunu mütəmadi olaraq yenidən qiymətləndirir və bazar şərtlərinə uyğun dəyişikliklər edir. Çində fəaliyyətlə bağlı yekun qərar hələ verilməyib. Satışların dayandırılması təsdiqlənərsə, proses ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru