"NVIDIA" birja tarixində yeni rekord müəyyən edib.
Valyuta.az xəbər verir ki, şirkətin səhmləri dünən 4% bahalaşdıqdan sonra bazar dəyəri təxminən 5,3 trilyon dollara yüksəlib. Bununla da "Nvidia" dünyanın ən dəyərli şirkəti mövqeyini daha da möhkəmləndirib.
Hazırda şirkət bazar kapitallaşmasına görə "Alphabet" (4,2 trilyon dollar) və Apple (3,9 trilyon dollar) kimi nəhəngləri qabaqlayır.
Son 5 ildə "Nvidia" səhmləri təxminən 1300% artıb. Şirkətin yüksəlişində süni intellekt infrastrukturu sahəsinə artan tələbat əsas rol oynayır.
Qeyd edək ki, ötən ilin 30 oktyabr tarixində də "Nvidia"nın bazar dəyəri 5,1 trilyon dollara çataraq bu həddi aşan ilk şirkət idi.