Ukrayna artıq ayda təxminən 50 ədəd “Neptun” raketi istehsal edir.
Bu gün, 09:38
Buraya həm 300 km-ə qədər uçuş məsafəsi olan adi “Neptun”lar, həm də təxminən 1000 km məsafəyə malik olduğu bildirilən “Uzun Neptun” daxildir. (Qeyd: orta variant da var — təxminən 500 km məsafəli, amma bu barədə hələ rəsmi məlumatlar açıqlanmır). Bu aylıq 50 “Neptun”un içində uzaqmənzilli, yəni “uzun” variantdan təxminən 15 ədəd istehsal olunur. Niyə bu qədər azdır? Çünki onlar istehsal baxımından daha mürəkkəbdir, daha bahalıdır və Ukraynanın bu modellərlə işləmə təcrübəsi hələ məhduddur. Hər ay bu 15 ədədin bir hissəsi əlavə sınaqlar, modernizasiya və digər işlər üçün ayrılır. Bir neçəsi isə istifadə olunur — harada və nə vaxt istifadə edildiyi barədə məlumat verilmir. Düşünülür ki, ən azı 5 ədəd ehtiyata saxlanılır... amma ehtiyat üçün ayrılan say, yəqin ki, 5-dən də çoxdur. Ukrayna öz ən ciddi silahlarını ehtiyatda toplayır. Cavid Dəmirli TEREF