Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır

1-05-2026, 11:24           
Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır
İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda bərpa olunması ehtimalını mümkün hesab edib.

Moderator.az İsrail mediasına istinadən xəbər verir ki, o bu barədə İsrail ordusunun Hərbi Hava Qüvvələrinin gələcək komandanı Omer Tişlerə general-mayor rütbəsinin verilməsi mərasimində bildirib.

"İran son bir ildə çox ciddi zərbələr alıb və bu zərbələr onu bütün sahələrdə illərlə geriyə atıb", - nazir bildirib.

O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə koordinasiyalı şəkildə əməliyyatın məqsədlərinə çatmaq üçün göstərilən səylərə rəhbərlik edir.

"Biz bu səyləri dəstəkləyirik, lakin qarşıya qoyulmuş vəzifələrin icrasına zəmanət vermək üçün, ola bilsin ki, tezliklə yenidən əməliyyatlara qayıtmalı olacağıq", - Kats vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru