“İranla müharibəyə aktiv hazırlıq gedir” – Ağ Evdən açıqlama

Bu gün, 12:44           
“İranla müharibəyə aktiv hazırlıq gedir” –
İranla müharibə məsələsi ilə bağlı Konqreslə aktiv danışıqlar aparılır.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Anna Kelli deyib.

O bildirib ki, prezident Donald Trump “Qəzəb” əməliyyatına başlamazdan əvvəl də Konqreslə açıq ünsiyyət saxlayıb. Kellinin sözlərinə görə, administrasiya hər iki partiyanın üzvləri üçün 30-dan çox brifinq keçirərək hərbi hadisələr barədə onları məlumatlandırıb.

“Prezident hər zaman diplomatiyanın tərəfdarıdır və İran razılaşma əldə etmək istəyir”, – deyə Kelli bildirib.

O həmçinin vurğulayıb ki, administrasiya bu məsələni Konqreslə fəal şəkildə müzakirə edir. Kellinin sözlərinə görə, baş komandanın səlahiyyətlərini mənimsəyərək siyasi xal qazanmağa çalışan Konqres üzvləri ABŞ silahlı qüvvələrinin xaricdəki nüfuzuna xələl gətirir. Hərçənd heç bir seçilmiş nümayəndə belə addım atmamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru