Almaniya müharibə üçün arxa cəbhə yollarını hazırlayır, amma boşluqlar var

Bu gün, 09:54           
Almaniya müharibə üçün arxa cəbhə yollarını hazırlayır, amma boşluqlar varAlmaniyanın Şimal dənizi sahilində yerləşən Bremerehafen şəhərində Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro dəyərində modernləşdirilir. Dövlətin bu sərmayəsi "Mercedes-Benz" və "Volkswagen" avtomobillərinin ixracını artırmaq üçün deyil, 60 tonluq "Leopard” tankı kimi hərbi texnikanın gələcək döyüş xəttlərinə daşınmasını təmin etmək üçün yük doklarının gücləndirilməsinə yönəlib.

Bu barədə "Bloomberg" yazır.

Məqalədə qeyd olunur ki, bu layihə Almaniyanın 2026-cı il büdcəsinə daxil edilib və ölkənin mümkün müharibəyə hazırlıq üzrə daha geniş strategiyasının bir hissəsidir. Avropaya hücum halında Almaniyanın mərkəzi yerləşməsi və sənaye resursları onu hərbi təchizat üçün strateji logistik mərkəzə çevirə bilər.

Lakin ölkənin silahlı qüvvələri bu vəzifəni təkbaşına yerinə yetirmək gücündə deyil və buna görə də özəl sektorun dəstəyinə ehtiyac var. Bu çərçivədə Bremerehafen limanında fəaliyyət göstərən "BLG Logistics" kimi şirkətlər prosesə cəlb olunur.

"Bu layihəyə investisiya qərarı bizim üçün dönüş nöqtəsidir. Hazırda çox müsbət danışıqlar aparırıq və bu il ilk böyük investisiyaları həyata keçirəcəyimizə ümid edirik”, BLG şirkətinin baş direktoru Matias Maqnor bildirib.

Şirkətlər Almaniya ordusuna nəqliyyat və anbar xidmətləri göstərməyə hazır olsalar da, maneələr qalmaqdadır. Yol və dəmir yolu infrastrukturundakı problemlərlə yanaşı, təxminən 5 min körpünün təmirə ehtiyacı var. Lakin Bundesver sürətli kütləvi səfərbərlik üçün tələb olunan miqyasda dövlət-özəl tərəfdaşlıqlara hazır deyil.

Məqalədə qeyd edilir ki, II Dünya müharibəsindən qalan miras səbəbindən Almaniyada mülki və hərbi strukturlar ciddi şəkildə ayrılıb. Məsələn, Bundesverin öz logistik komandanlığı var və yalnız hərbi heyət texnikanı birbaşa döyüş bölgəsinə çatdıra bilər. Lakin bu sərhədlər tədricən yumşalmağa
Bunun nümunələrindən biri Bundesverin satınalma agentliyidir ki, o, şirkətlərlə birbaşa əlaqə saxlamır və yalnız xüsusi platformalar vasitəsilə kommunikasiya aparılır.

Hökumət isə daha çox mülki şirkətlərin prosesə cəlb olunmasına çalışır. Bunun əsas istiqaməti 2024-cü ilin martında tamamlanan "Almaniya üçün əməliyyat planı”dır. Bu sənəd hücum halında özəl sektorun müdafiəyə necə dəstək verməli olduğunu müəyyən edir və yüz minlərlə əsgərin təchizatının logistik koordinasiyasını nəzərdə tutur.

Lakin plan məxfi saxlanılır və logistika şirkətləri yalnız onun ayrı-ayrı hissələri ilə tanışdır. Bu isə özəl sektorun prosesdə necə iştirak edəcəyini tam anlamasını çətinləşdirir.

Alman logistika assosiasiyası DSLV-nin direktor müavini Nils Boyk bildirir ki, hazırlıq prosesi ciddi bürokratiya ilə müşayiət olunur. Şirkətlərdən nəqliyyat parkı, anbar tutumu və işçi heyəti barədə detallı məlumatlar tələb olunsa da, qarşılığında kifayət qədər şəffaflıq yoxdur.

"Bloomberg" yazır ki, Almaniyanın bu istiqamətdə siyasətində kəskin dəyişiklik 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra başlayıb. ABŞ prezidenti Donald Trampın Avropadan qoşun çıxarma ehtimalı da bu prosesə təcili xarakter verib.

"Reuters"in məlumatına görə, ABŞ Avropadakı 5000 hərbçini çıxarmağa hazırlaşır və prosesin 6–12 ay ərzində tamamlanması planlaşdırılır. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi isə bu qərarın müttəfiqlərin ABŞ əməliyyatlarına yetərli dəstək verməməsi ilə bağlı narazılıqlarla əlaqəli olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru